Dizayn Və Memarlıq


Əsas fəaliyyət istiqamətimiz təmir, tikinti və dizayn işləridir. Bu günə kimi  çox sayda müxtəlif istiqamətli təmir-dizayn sifarişləri qəbul edilmiş, işlər uğurla sona çatdırılmış və yüksək müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil verilmişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət imkan verir ki, şirkətimiz qəbul etdiyi sifarişləri yüksək keyfiyyətlə və zəmanətlə təhvil versin. İşçi heyətinin hər bir üzvü–dizaynerlər, memarlar, iş icraçıları və s. şəxslər öz sahəsi üzrə yüksək peşəkarlığa və geniş təcrübəyə malikdir. Dizayn və memarlıq sahəsində öz dəsti xəttimizlə fərqlənə bildik. Bu fərqliliyi siz də duyun. Ən son dəb sizin də məkanınıza yansısın. İnteryer, eksteryer dizayn işlərimiz, memarlıq proyektlərimiz sizi gözləyir.

Arzularınızdakı məkanı biz gerçəkliyə çevirək !