Akabe Mozaika Və Kəsmə Fabriki


Sizə müxtəlif dizaynda mozaiklərin hazırlanmasını, mərmər, latun və başqa materiallar üzərində 3D və 2D formatında “Waterjet” texnologiyası ilə cizimlərin edilməsini təklif edir. Akabe Mozaika-ya avropadan gətirilən 3D və 2D aparatları rəsmdəki obyekti 3D və ya 2D formatında kəsir. İstənilən  formada mozaiklər sifarişi həyata keçirilir. Həmçinin kəsilmiş məhsulun təcrübəli heyət tərəfindən montajı təklif olunur. 3D və 2D aparatları ilə siz xüsusi bir hədiyyə də hazırlada bilərsiniz. Məsələn: İnsan portreti, sevimli futbol klubunun logosun və s. Sizin bütün xəyalınızdakı təsvirləri biz real cismə çerivə bilərik. Akabe Mozaikavə Kəsmə Fabrikində həmçinin CNC Oyma xidməti də göstərilir. CNC Oyma təbii və suni daş emalı üçün nəzərdə tutulmuşdur. Haşiyə, daş plitələr, oyma kitabələr, cilalama, kəsmə və s. reallaşdırılır.
Aşağıda sadalanan materialların qüsursuz şəkildə kəsimi mümkündür.

  • Latun
  • Qranit
  • Mərmər
  • Farfor
  • Linoleum
  • Keramika
  • Paslanmaz polad
  • Alüminium
  • Şüşə və s.

Siz hətta evinizi təmir edərkən aldığınız kafel və metlaxları istənilən ölçüdə bizim fabrikdə səliqəli şəkildə itgiyə, qırılmaya, sınmaya məruz qalmadan kəsimin həyata keçirdə bilərsiniz.  Dəhlizlər üçün müxtəlif təsvir formasında kəsilmiş mərmərlər döşəyə bilərsiniz.