Kafel, Metlax Və Santexnika


Avropanın, Asiyanın və Azərbaycanın ən aparıcı brendlərinin keyfiyyətli məhsullarını bizim şorumlardan əldə edin. Mağazalarımızda aşağıda göstərilən  təsnifat üzrə məhsullar mövcuddur:

  • Kafel və metlax
  • Qranit və mərmər
  • Fasad örtükləri
  • Vanna və duş kabinləri
  • Qarışdırıcıları
  • Duş mebeli
  • Mozaiklər
  • Hamam aksesuarları və s. məhsulları əldə edə bilərsiniz.

Müxtəlif rəngdə, dizaynda, çeşiddə, keyfiyyət və qiymətlərdə məhsul seçimi mövcuddur. Akabe İnşaat-da  Siz fərqli özəlliklərə malik, sürüşməyən, taxta görüntülü, mat, parlaq, daha qalın, dayanıqlı və s. kafel və metlaxlar tapa bilərsiniz. Münasib qiymət və geniş seçim Sizin büdcənizə və vaxtınıza qənaət etmək imkanı yaradır. Türkiyənin məhşur Seranit brendinin, Almaniyanın məhşur Grohe brendinin, Çinin məhşur Appollo və s. brendlərin  məhsullarının satışını reallaşdırırıq.  Mütəmadi olaraq əməkdaşlıq etdiyimiz brendlərin sayını artırmağa çalışırıq. Dəb həvəskarları üçün ən son modellərin Azərbaycanda olmağını təmin etməyə istiqamətlənmişik. Tez-tez beynəlxalq sərgilərdə iştirak edərək yeniliklərdən ilk xəbərdar olanlar sırasındayıq. Santexnika məhsullarının necə görünəcəyin rahat təsvir edə bilmək üçün mağazalarımızda reallığı əks etdirən güşələr yaradılmışdır. Güşələri rahat gəzərək nələrin sizə daha uyğun olduğun rahat seçə biləcəksiniz. Dizaynerlər mağazada olduğunuz müddətdə sizə seçdiyiniz məhsuldan təmənnasız dizayn hazırlayıb təqdim edir.

Biz Akabe İnşaat olaraq Sizə hər bir rahatlığı yaratmağa çalışırıq. Hər kəsin büdcəsinə uyğun geniş məhsul çeşidimiz var. Əsl İspaniya istehsalı olan kafel və metlaxlar müxtəlif çeşiddə sizin seçiminizdədir. Bununla yanaşı qonşu dövlət olan Türkiyə istehsalı kafel və metlaxları, Çin, Polşa və yerli istehsal kafel və metlaxları əldə edə bilərsiniz. Duş üçün müxtəlif formalı mebellər sizin vanna otağınızı əsl istirahət məkanına çevirəcək. Əsl Alman keyfiyyətin axtaranlar  Almaniyanın Grohe və Hangrohe  brendinin məhsullarını bizdən əldə edə bilərlər.