Istehsal


Akabe Mebel Fabriki

 

 

Akabe fəaliyyət sahəsini genişləndirərək 2006-cı ildə mebel istehsalı və satışına başlamışdır. Bakıda yerləşən Akabe Mebel Fabriki xaricdən gətirilmiş ən son texniki avadanlıq və dəzgahlarla təchiz edilmişdir. Mebel fabrikinin qabaqcıl avadanlıqlarla təchizatı bizə yerli istehsalda yüksək səmərə və keyfiyyətli məhsul əldə etməyə imkan yaratmışdır. Mebeldə arzulanan tərzi duya bilmək üçün model sıramız daim yenilənir. Yerli istehsalda keyfiyyəti artırmaq məqsədi ilə yalnız yüksək səviyyəli texniki avadanlıqlarla təchizat deyl, həmçinin peşəkar işçi heyyəti seçilməsinə xüsusi əhəmiyyət vermişik. Məhsullarımızın çeşid zənginliyi, keyfiyyəti, müasir dizaynı, satışdan sonrakı xidmətlər “Akabe Mebel”-in peşəkar fəaliyyətinin göstəricisidir. Akabe Mebel Fabrikində aşağıdakı bölgü üzrə mebellər istehsal edilir:

 

  • vanna otağı şkafları
  • şkaf-kupe
  • tv şkafları
  • uşaq otağı mebeli
  • mətbəx mebeli
  • ofis mebeli 


AKABE PVC LAMBİR FABRİKİ 

 

Akabe Polivinilxlorid tərkibli lambirləri Avropanın qabaqcıl ölkələrindən gətirilmiş müasir avadanlıqlarda, qabaqcıl texnologiyalara uyğun istehsal edir. Vanna otağı, mətbəx, tavan, anbar və qarajlarınız üçün müxtəlif ölçü və rəngdə Akabe PVC Lambirlərindən  istifadə edə bilərsiniz. Bizim polivinilxlorid tərkibli lambirlərin digərlərindən üstün cəhətləri:

 

  • alışmaması;
  • uzun müddətli istifadə imkanı ;
  • soyuğa və istiliyə davamlılıq;
  • rütubətə davamlılıq.

 

Akabe Mozaika və Kəsmə Fabriki

 

“Waterjet” (Sukəsim) texnologiyası 0,12 mm-1.1mm ölçüdə suyun yüksək təzyiqlə material üzərinə fışqırdılması ilə meydana gələn kəsmə əməliyyatıdır. Su reaktivi, mateialları isitmədən, kobudlaşma və ya hər hansı bir deformasiya yaratmadan kəsir. Akabe Mozaika-ya avropadan gətirilən xüsusi aparatlar rəsmdəki obyekti 3D və ya 2D formatında kəsmək imkanına malikdir. İstənilən formada mozaikalarin sifarişi qəbul edilir. Həmçinin kəsilmiş məhsulun təcrübəli heyət tərəfindən montajı təklif olunur. Siz hətta təmiriniz zamanı istifadə edəcəyiniz kafel, metlax, qranit, mərmər və s. materialların peşəkar şəkildə, ziyan olmadan göstərilən ölçülərdə bizim fabrikdə kəsilməsini sifariş edə bilərsiniz. Bu təmir zamanı sizi yanlış kəsim, qırılma, sınma və digər hallardan sığortalayacaq.

 

Akabe Mozaika və Kəsmə Fabrikində həmçinin CNC Oyma xidməti də göstərilir. CNC Oyma təbii və suni daş emalı üçün nəzərdə tutulmuşdur. Burada haşiyə, daş plitələr, oyma kitabələr, cilalama, kəsmə və digər işlər göürülür.  Aşağıda sadalanan materialların qüsursuz şəkildə kəsimi mümkündür.

 

  • latun
  • qranit
  • mərmər
  • farfor
  • linoleum
  • keramika
  • paslanmaz polad
  • alüminium
  • mozaika
  • şüşə və s.